Köçkünlərin yurdlarına qaytarılması üçün xüsusi proqram hazırlanacaq

Köçkünlərin yurdlarına qaytarılması üçün xüsusi proqram hazırlanacaq
# 25 yanvar 2021 20:29 (UTC +04:00)

“İşğaldan azad olunmuş ərazilərin bərpası məsələləri dövlət orqanlarının dövlət siyasətinin müxtəlif istiqamətləri üzrə fəaliyyətində prioritet təşkil etməli, cari və perspektiv işlər Böyük Qayıdış planları ilə əlaqələndirilməlidir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin bu gün keçirilən müşafirəsində Baş nazir Əli Əsədov bildirib.

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.

Baş nazir deyib ki, Keçmiş köçkün əhalimiz öz dəbə-baba yurdlarına qaytarılmalıdır: “Bu proses xüsusi proqram əsasında həyata keçirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR