Laçın rayonundan məcburi köçkün Prezident İlham Əliyevə məktub göndərib: “Arxamızda Siz və dövlətimiz dayanıb”

Laçın rayonundan məcburi köçkün Prezident İlham Əliyevə məktub göndərib: “Arxamızda Siz və dövlətimiz dayanıb”
  • Clock-gray 17:25
  • calendar-gray 19 Aprel 2020

Laçın rayonundan məcburi köçkün, Bakının Xətai rayonunda məskunlaşmış Sənani İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, S. İsgəndərov dövlət başçısının şəhid ailələrini, məcburi köçkünləri həmişə hər cür diqqət və qayğı ilə əhatə etdiyini qeyd edib, indiki qayğılı günlərdə bu diqqətin daha da artdığını bildirib.

“Hörmətli cənab Prezident.

Siz bizləri - şəhid ailələrini, məcburi köçkünləri həmişə hər cür diqqət və qayğı ilə əhatə etmisiniz. İndiki qayğılı günlərdə bu diqqət daha da artıb. Qarabağ müharibəsi əlilləri, aztəminatlı ailələr də dövlətin dəstəyindən yararlanır, maddi yardımlar alırlar.

Ailəmiz karantin rejiminin bütün tələblərinə əməl edir, lakin heç nədən korluq çəkmir. Çünki arxamızda Siz və dövlətimiz dayanıb.

İnanırıq ki, qəbul etdiyiniz qərarlar xalqımızı qısa müddət ərzində pandemiya bəlasından xilas edəcək”, - deyə S. İsgəndərov məktubunda yazır. 

apa-logo-mini

Digər xəbərlər