MM-in bu il iclaslarının videokonfrans sistemi vasitəsilə keçirilməsi qaydası müəyyənləşib

MM-in bu il iclaslarının videokonfrans sistemi vasitəsilə keçirilməsi qaydası müəyyənləşib
  • Clock-gray 15:43
  • calendar-gray 28 Aprel 2020

Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

Dövlət başçısı “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu da təsdiqləyib. Qanuna əsasən,  karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti Milli Məclisin Sədri komitələrin iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.

Hər iki qanun 2020-ci il dekabrın 30-dək qüvvədədir.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date