MSK DSK-nın Zahir Əzəmətlə bağlı qərarını qüvvədə saxlayıb

MSK DSK-nın Zahir Əzəmətlə bağlı qərarını qüvvədə saxlayıb
  • Clock-gray 14:40
  • calendar-gray 17 Yanvar 2020

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 45 saylı Abşeron Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Zahir Rəhimovun (Əzəmət) müraciətinə baxılıb.

APA-nın xəbərinə görə, bu barədə MSK-nın Ekspert Qrupunun üzvü Ramiz İbrahimov məlumat verib. R. İbrahimov deyib ki, DSK-nın qərarında Z. Rəhimovun təqdim etdiyi sənədlərdə əmlakla bağlı məsələlərdə ona məxsus olan məlumatların düzgün göstərilməməsi qeyd olunub. Belə ki, Z. Rəhimovun təqdim etdiyi sənəddə əmlakla bağlı məlumatlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilib.

MSK DSK-nın namizədi qeydə almamaq barədə qərarını qüvvədə saxlayıb və qurumun sədri Z. Rəhimova məhkəməyə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət (Rəhimov) 45 saylı Abşeron Seçki Dairə Komissiyasının (DSK) namizədliyini qeydə almamaqla bağlı qərarından Mərkəzi Seçki Komissiyasına şikayət edib. 

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date