MSK daha bir məntəqədə seçkinin nəticələrini ləğv edib

MSK daha bir məntəqədə seçkinin nəticələrini ləğv edib
# 24 fevral 2020 17:25 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Mütəllim Rəhimovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

R. İbrahimov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı bu dairədə 21 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb.

MSK şikayəti qismən təmin edib və 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsinin 21 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Mütəllim Rəhimli Ədalət Partiyasının sədr müavinidir.

106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində lider namizəd Ülviyyə Ağayevadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR