Mehriban Əliyeva Şuşa səfəri ilə bağlı paylaşım edib - VİDEO

Mehriban Əliyeva Şuşa səfəri ilə bağlı paylaşım edib - VİDEO
  • Clock-gray 23:27
  • calendar-gray 16 Mart 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

APA xəbər verir ki, bununla bağlı birinci xanım Mehriban Əliyeva şəxsi "Instagram" səhifəsində görüntülər paylaşıb.

"Əziz bacılar və qardaşlar!

Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN", - paylaşımda belə deyilir.

apa-logo-mini

Digər xəbərlər