Milli Məclisdə “Parlament müxalifəti” haqqında qanun qəbul olunması təklif edilib

Milli Məclisdə “Parlament müxalifəti” haqqında qanun qəbul olunması təklif edilib
  • Clock-gray 11:48
  • calendar-gray 31 May 2020

“ABŞ Dövlət Departamenti üzərindən 25 ildən artıq vaxt keçdiyini nəzərə alaraq, Azərbaycanın, o cümlədən Dağlıq Qarabağın 1993-95-ci il ətrafında baş verən mühüm hərbi-siyasi hadisələrə dair məxfi şifrəli onlarla sənədi 26 may tarixində ictimaiyyət üçün açıq elan edib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, dövlət adamlarımız, siyasətçilərimiz və təhlilçilərimiz onunla Bill Klintonun şəxsi elektron kitabxanasının rəsmi ünvanında tanış ola bilərlər: “Diqqətinizi cəlb etmək istədiyimiz mühüm bir məsələ regiona sülhməramlı qüvvələrin yerləşdirilməsi, Ermənistan-Azərbaycan konflikt zonasına konkret bir dövlətin, yaxud ATƏT-in egidası altında müşahidəçilərin və ordu qüvvələrin yerləşdirılməsi məsələsinə dair gerçək məlumatların, tariximizin ağır səhifələrinin orada necə əksini tapmasıdır. Sənədlərlə tanışlıq bir daha sübut edir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın hərbi, iqtisadi və siyasi cəhətdən ən zəif dövründə təslimçilik aktlarına bərabər sayıla biləcək onlarla diplomatik təklifləri, yaxud “sülh planı” adı altında hazırlanan sənədləri rədd edib. Bundan ötrü böyük cəsarət və iradə tələb olunurdu. Nəzərə alın ki, o vaxt regionda Azərbaycan prezidenti yeganə dövlət başçısı olub ki, belə mövqe tutub və Ermənistanın işğal reallığını diplomatik sənədlər üzərinə daşıyaraq onu qəbul etdirilməsinə imkan verməyib. Həmin diplomatik yazışmalarda BMT qətnamələrinin necə gərgin danışıqlar, dövlətimizin ağır hərbi döyüşlərin getdiyi bir şəraitdə beynəlxalq siyasi cəbhədə necə fədakarlıq göstərdiyini də görmək mümkündür. Bunlarla yanaşı, biz ötən iclasların birində Heydər Əliyevin Britaniya baş naziri Con Meycorla danışıqlarda 1995-ci ildə Beynəlxalq birlikdən, London və Vaşinqtondan  Qarabağ məsələsində obyektiv mövqe tutmaları üçün hansı prinsipiallığı, tələbləri və sərt xətti həyata keçirdiyinin şahidi olmuşduq. Biz istərdik ki, tarixə obyektiv baxmaq istəyən hər kəsə KİV-lərimiz o həqiqətləri göstərsin. Aydın məsələdir ki, əgər regionda xarici hərbi birliklər yerləşdirilsəydi, münaqişə tamamilə onların inhisarına keçəcəkdi. Xarici hərbi qüvvələrin gəlməsinin qarşısını alan, suveren hüquqlarımızı sonadək ləyaqətlə, peşəkarlıqla qoruyan liderin məhz Heydər Əliyev olduğu bir daha vurğulamaq lazımdır”.

Z. Oruc parlament komitələrinin rəhbərliyində digər partiyaların təmsilçiliyinə də toxunub: “Ölkə başçısı bunu yeni siyasi arxitektura kimi təqdim etdi və həqiqətən də bu digər siyasi qüvvələrin məsuliyyətini artırır, onlara inkişaf etməyə, strukturlaşmağa, parlamentin həyatında daha aktiv iştiraka imkan verir. Bütün bunları nəzərə alaraq, “Parlament müxalifəti” haqqında ayrıca qanun qəbul olunmasını təklif edirik. Orada müxalif parlament üzvlərinin növbədənkənar söz hüququ, hökumət siyasətinə alternativ qanun layihələri irəli sürmələrinə dair müddəalar yer ala bilər”.

Firuzə Vahid

Digər xəbərlər