Milli Məclisin aprelin 17-də keçiriləcək iclasının gündəliyinə 24 məsələ daxil edilib

Milli Məclisin aprelin 17-də keçiriləcək iclasının gündəliyinə 24 məsələ daxil edilib
# 13 aprel 2020 16:51 (UTC +04:00)

Milli Məclisin aprelin 17-də keçiriləcək iclasının gündəliyi məlum olub.

Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bu barədə məlumat verib.

Onun sözlərinə görə, iclasın gündəliyinə 24 məsələ daxil edilib.

O bildirib ki, gündəlikdə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”, “Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş), “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikasının vətəndaşlığı” haqqında qanunda dəyişiklik edilməsi haqqında" qanun layihəsi (birinci oxunuş), “Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş), “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), “Nağdsız hesabaşlamalar haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikası Dövlət Dili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), “Sosial Sığorta haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), “Yeyinti məhsulları haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və digər qanun layihələri var.

Bundan başqa, Milli Məclisin ötən plenar iclasında ikinci oxunuşda müzakirə olunmuş “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi", “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" və “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri də üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR