Parlament MDB ölkələri ilə vergi inzibatçılığına dair protokolu təsdiqləyib

Parlament MDB ölkələri ilə vergi inzibatçılığına dair protokolu təsdiqləyib
# 01 may 2020 15:11 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihədə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında" Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilməsi təklif olunub.

Məsələ səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR