Prezident: “İşğaldan azad edilmiş ərazilərdə bütün binalar, bütün tarixi abidələr, məscidlər, məzarlıqlar, qəbirlər düşmən tərəfindən dağıdılıb”

Prezident: “İşğaldan azad edilmiş ərazilərdə bütün binalar, bütün tarixi abidələr, məscidlər, məzarlıqlar, qəbirlər düşmən tərəfindən dağıdılıb”
# 10 dekabr 2020 14:38 (UTC +04:00)

“İndi bizim üçün yeni dövr başlayır - quruculuq dövrü…”

APA-nın məlumatına görə, bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Ali Baş Komandan qeyd edib ki, mənfur düşmən bütün işğal edilmiş torpaqları yerlə-yeksan edib: “Burda artıq bu məlumat hər kəsdə var, videogörüntülər var. Mənim azad edilmiş ərazilərə səfərlərim bunu göstərir. Bütün binalar dağıdılıb, bütün tarixi abidələr, məscidlər, məzarlıqlar, qəbirlər mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR