Rafiq Manaflı da Milli Şuradan istefa verib

Rafiq Manaflı da Milli Şuradan istefa verib
# 16 may 2020 00:06 (UTC +04:00)

Milli Şuranın üzvü Rafiq Manaflı qurumdan istefa verib.

APA-nın məlumatına görə, o bu barədə özünün "facebook" səhifəsində yazıb.

" Son bir neçə gündə baş verənlər bizə də təsirsiz ötüşmədi. Çox uzatmadan və böyük təəssüf hissi ilə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm. Milli Şuranın bundan sonra da mübarizəsini uğurla davam etdirəcəyinə inanır və Milli Şuranı tərk etdiyimi bəyan edirəm".

R.Manaflı bu mövzudakı suallara cavab verməyəcəyini də qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Milli Şura üzvlərinin keçirdiyi video-konfransda Rafiq Manaflı qurumun üzvü Gültəkin Hacıbəylinin cinsi azlıqlarla bağlı aşağılayıcı və təhqiramiz ifadələrinə dəstək verərək, onlara qarşı dözümsüz olmaqla bağlı çağırış etmişdi.

R.Manaflı, həmçinin, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədridir.

Dünən Milli Şuranın daha bir üzvü - Eldəniz Quliyev bu qurumdan istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR