Ruslan Auşev Prezident İlham Əliyevi Qələbə münasibətilə təbrik edib

Ruslan Auşev Prezident İlham Əliyevi Qələbə münasibətilə təbrik edib
# 11 noyabr 2020 17:05 (UTC +04:00)

İnquşetiya Respublikasının sabiq Prezidenti Ruslan Auşev Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi Dağlıq Qarabağ münaqişəsi üzrə sülh razılaşmasının imzalanması münasibətilə ürəkdən təbrik edirəm.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycanın çoxmillətli xalqının rifahı naminə qarşınızda duran vəzifələrin həyata keçirilməsində uğurlar, əmin-amanlıq, səadət və rifah arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR