Sabir Rüstəmxanlı yenidən VHP-nin sədri seçilib

Sabir Rüstəmxanlı yenidən VHP-nin sədri seçilib
  • Clock-gray 16:03
  • calendar-gray 14 Fevral 2021

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti Qurultayı keçirilib.

APA xəbər verir ki, ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı onlayn qaydada təşkil edilib.

Qurultayda VHP-nin 76 bölgə və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə iştirak edib.

VHP VIII qurultayında partiyanın qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə edilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılıb.

Daha sonra seçkilər keçirilib. Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.

Qeyd edək ki, buna qədər də partiyanın sədri millət vəkili Sabir Rüstəmxanlı olub.

Səlcuq Elçin

Digər xəbərlər