Siyavuş Novruzov: “Surət Hüseynovun əsiri olanlar indi qəhrəman kimi təqdim edilirlər”

Siyavuş Novruzov: “Surət Hüseynovun əsiri olanlar indi qəhrəman kimi təqdim edilirlər”
# 05 iyun 2020 11:34 (UTC +04:00)

“Vaxtilə Surət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, o zaman hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özünüi demokrat adlandırır: “O zaman Surət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri asacaq. Bunları ümummilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman dövlət katibi olan Əli Kərimli qaçıb, iki il Kələkidə gizləndi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi bir dərədən çıxıb, özlərini demokrat adlandırır. Bu məsələni bugünkü gənclərin diqqətinə çatdırmaq lazımdır. Bu insanlar tarixi saxtalaşdırmaqla məşğuldurlar. Heydər Əliyevin o zamankı fəaliyyətini yanlış istiqamətdə təqdim etməyə çalışırlar. Biz tarixi həqiqətləri düzgün çatdırmalıyıq”.

I Vitse-spiker Əli Hüseynli də həmkarı Siyavuş Novruzovun fikirlərini dəstəklədiyini bildirib: “Son günlər 4 iyun hadisələri ilə bağlı fərqli fikirlər, o vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdlərini müşahidə edirik. O zamankı Ali Sovet bu hadisələrə rəy verib və qərar qəbil edib. Əminəm ki, gələcək nəsillər də həmin qərardan düzgün nəticə çıxaracaqlar. Siyavuş bəy tamamilə düzgün söylədi ki, o zaman hakimiyyətdə olan 17 nəfərin səhvi üzündən bu hadisələr baş vermişdi.

Tarixi həqiqət ondan ibarətdir ki, o zaman qiyamı törədən qüvvələrlə həmin qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törədib. Nəticə isə çox acınacaqlı olub . Ermənilər baş verənlərdən istifadə edib. Bu həqiqətlər, Ali Sovetin bu hadisələrlə bağlı qərarı gənclərin diqqətinə çatdırılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR