Xarici ölkələrin elmi dərəcə və adlar haqqında sənədlərin Azərbaycanda tanınması proseduru dəyişir

Xarici ölkələrin elmi dərəcə və adlar haqqında sənədlərin Azərbaycanda tanınması proseduru dəyişir
# 31 mart 2020 15:23 (UTC +04:00)

Elmi fəaliyyət sahəsində dövlətin vəzifələri dəyişir.

APA-nın məlumatına görə, bu, Elm haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Elmi fəaliyyət sahəsində dövlətin vəzifələri sırasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və “Elm haqqında” qanuna uyğun olaraq, xarici ölkələrin elmi dərəcə və elmi adlar haqqında sənədlərinin tanınması və bərabər tutulması daxil olub. Təklif edilən dəyişikliyə əsasən, xarici ölkələrin elmi dərəcə və elmi adlar haqqında sənədlərinin tanınması və bərabər tutulması xarici ölkələrin elmi dərəcə və elmi adlar haqqında sənədlərinin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və təkrar attestasiya əsasında tanınması ilə əvəzlənir. Beləliklə, elmi fəaliyyət sahəsində dövlətin vəzifəsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və “Elm haqqında” qanuna uyğun olaraq, xarici ölkələrin elmi dərəcə və elmi adlar haqqında sənədlərinin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və təkrar attestasiya əsasında tanınması olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR