YAP Veteranlar Şurasının Əsasnaməsi hazırlanacaq

YAP Veteranlar Şurasının Əsasnaməsi hazırlanacaq
# 18 mart 2021 14:27 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının ilk iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin VII qurultaydakı çıxışından irəli gələn vəzifələrdən bəhs edib.

T. Budaqov YAP Veteranlar Şurasının Əsasnaməsinin yaradılmasının, partiyanın yeni Proqramına dair təklif və tövsiyələrin işlənib hazırlanmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.

YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxış edərək, göstərilən yüksək etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. YAP-ın VII qurultayında Veteranlar Şurasının yaradılması haqqında qəbul edilmiş qərarı təqdirəlayiq hal hesab edən A.Rəhimzadənin sözlərinə görə, bu qurumun əsas vəzifələrindən biri yaşlı nəsil ilə gənclər arasında əlaqələrin gücləndirilməsidir.

İclasda daha sonra YAP Veteranlar Şurasının Əsasnaməsinin hazırlanması əlaqədar işçi qrupun yaradılması haqqında qərar qəbul olunub. Həmçinin, Yeni Azərbaycan Partiyasının yeni Proqramının hazırlanmasında təklif və tövsiyələrin irəli sürülməsi, eləcə də Veteranlar Şurasının iş planının hazırlanması ilə əlaqədar təkliflər müzakirə olunub.

Veteranlar Şurasının üzvlərindən Xeyrəddin Qoca, Südeyif İmamverdiyev, Misir Mərdanov, Şahlar Əsgərov, Tahir Məmmədov, Əli Həsənov və Ədilə Abbasova cıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR