YAP-çı deputat Seçki Məcəlləsinə yenidən baxılmasını təklif edir

YAP-çı deputat Seçki Məcəlləsinə yenidən baxılmasını təklif edir
  • Clock-gray 14:19
  • calendar-gray 13 Mart 2020

“Seçki Məcəlləsinə yenidən baxılmalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında qanunvericilik işlər planının müzakirəsi zamanı YAP-çı deputat Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, seçkilər yeni başa çatıb: “9 fevral seçkilərində bir sıra namizədlər bütün qanunları pozaraq, hər yerdə videoçəkilişlər etmək istəyirdilər. Seçki günü namizədin heç bir hüquqi olmur. Amma seçkilərdə monoloq söyləyən, seçki qutusunun üstündə oturan namizədlər gördük”.

M. İbrahimqızı qeyd edib ki, onlara seçicilərlə ayda 2 dəfə görüşlər keçirilməsi tövsiyə edilib: “Təklif edirəm ki, seçicilərlə görüşlərimiz, Milli Məclisin iclasları və komitələrdə keçirilən iclaslarla üst-üstə düşməsin. Deputatlar həm seçicilərlə görüşdə, həm də Milli Məclisin və komitələrin iclaslarında iştirak edə bilsinlər”.

Firuzə Vahid

Digər xəbərlər