YAP təmsilçiləri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

YAP təmsilçiləri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
# 21 noyabr 2020 12:56 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri partiyanın yaranmasının 28-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın nümayəndələri Fəxri xiyabana gedərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR