Arif Rəhimzadə: "Bələdiyyələr vergiləri tam yığa bilmir"

Arif Rəhimzadə: "Bələdiyyələr vergiləri tam yığa bilmir"
# 11 oktyabr 2019 11:57 (UTC +04:00)

"Azərbaycan bu gün müstəqil siyasət aparır, xalqın maraqları həmişə ön plana çəkilir":

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

A. Rəhimzadə bildirib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı tam qanunvericilik bazası yaradılıb: "Bələdiyyələr fəaliyyətini qurmasından ötrü gərək onların maliyyə imkanları olsun. Dövlət tərəfindən bələdiyyələrə ilk dəfə olaraq subvensiyalar da ayrılır. Həmçinin, bələdiyyələrə dotasiya da verilir. Bu da dövlət qayğısının təzahürüdür".

A. Rəhimzadə qeyd edib ki, bu gün bələdiyyələr vergilərini tam yığa bilmir: "Çünki ərazilərinin dəqiq sərhədini bilmirlər. Bu problemin həlli üçün hazırda iş aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR