® Məşhur Məmmədovun seçicilərlə görüşləri davam edir

® Məşhur Məmmədovun seçicilərlə görüşləri davam edir
# 01 fevral 2020 12:51 (UTC +04:00)

70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Məşhur Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Namizəd bu silsilədən 31 yanvar 2020-ci il tarixdə rayonun Qarğalıq və Seybətin kəndlərində seçicilərlə növbəti görüşləri keçirib.

Qarğalıq kəndindəki görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev ölkədə həyata keçirilən islahatlardan danışıb. Natiq bu il fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərinin islahatların tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Tədbirdə Hacı Rəbbi, Zəfər Əhmədov, Mirzağa Süleymanov və başqaları çıxış edərək, iştirakçıları seçkidə aktiv olmağa, YAP-ın namizədini dəstəkləməyə çağırıblar. Görüş iştirakçıları seçkidə Məşhur Məmmədova səs verəcəklərini bəyan ediblər.

Məşhur Məmmədovun Seybətin kəndindəki görüşdə də ölkədə həyata keçirilən islahatlardan danışılıb. Bu görüşdə də iştirakçılar YAP-ın namizədini dəstəklədiklərini vurğulayıblar.

Hər iki görüşdə çıxış edən Məşhur Məmmədov bildirib ki, ölkəmizin siyasi sistemində aparıcı rola malik olan Yeni Azərbaycan Partiyası böyük ruh yüksəkliyi və qələbə əzmi ilə seçkilərə qatılıb.

“Ölkədə bütün sahələri əhatə edən islahatlar iqtisadi fəallığı artmasını, Azərbaycanın regionun aparıcı ölkələrindən birinə çevrilməsini təmin edib. Məqsədimiz Daha Güclü Azərbaycan ideyasını həyata keçirməkdir”, - deyə namizəd bildirib. Məşhur Məmmədov seçiciləri səsvermə günündə aktiv iştiraka, YAP-ı dəstəkləməyə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR