Conatan Henik: “İşğal olunmuş ərazilər Azərbaycanın bir hissəsidir”

Conatan Henik: “İşğal olunmuş ərazilər Azərbaycanın bir hissəsidir”
# 11 aprel 2007 12:09 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik məlumat verib. ABŞ-ın Sutter Emergency Medical Associates (SEMA) şirkətinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Şuşa şəhərinin yeni baş planını hazırlaması xəbərini şərh edən Conatan Henik bu şirkətlə bağlı araşdırmaların davam etdiyini deyib: “Hazırda bu şirkət haqqında səfirlikdə hələ heç bir məlumat yoxdur. Amma deyə bilərəm ki, Amerika vətəndaşları və şirkətlərinə verdiyimiz məlumat dəyişməyib, biz həmişə deyirik ki, işğal olunmuş ərazilər Azərbaycanın hissəsidir, və oradakı qondarma hökumət və rəsmi şəxsləri biz tanımırıq. Biz bildiririk ki, Azərbaycan ərazisindən keçməklə Qarabağa getmək çox çətindir. Çünki müharibə vəziyyətidir və bizim şirkətlər Dağlıq Qarabağ ərazisinə başqa ölkədən keçərək getsələr, Azərbaycan qanunlarına poza bilərlər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR