MSK sədri: “Yaxın günlərdə bələdiyyə seçkiləri elan ediləcək”

MSK sədri: “Yaxın günlərdə bələdiyyə seçkiləri elan ediləcək”
# 11 oktyabr 2019 11:14 (UTC +04:00)

Bu ilin dekabrın ikinci yarısında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, yaxın günlərdə seçkilər elan ediləcək: “1606 bələdiyyəyə 15 mindən artıq üzv seçilməsi gözlənilir”.

MSK sədri bildirib ki, dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seminar-müşavirə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissəsinin icrası ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR