Prezident İlham Əliyev perulu həmkarını təbrik edib

Prezident İlham Əliyev perulu həmkarını təbrik edib
  • Clock-gray 14:37
  • calendar-gray 27 İyul 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya Perunun milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə və xalqınıza ən xoş arzularımı yetirirəm".

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date