“Hərbi vəziyyət haqqında” qanunun tətbiqi ilə əlaqədar bir sıra qanuna əlavə və düzəlişlər ediləcək

“Hərbi vəziyyət haqqında” qanunun tətbiqi ilə əlaqədar bir sıra qanuna əlavə və düzəlişlər ediləcək
# 02 fevral 2018 11:34 (UTC +04:00)

“Ötən il qüvvəyə minmiş “Hərbi vəziyyət haqqında” qanunun tətbiqi ilə əlaqədar Azərbaycan prezidenti tərəfindən Milli Məclisə bir sıra qanunlara və sənədlərə əlavə və düzəlişlərin edilməsi təklifi daxil olub”.

Bunu APA-ya müsahibəsində Milli Məclisin I vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

O qeyd edib ki, bunlar İnzibati Xətalar, Cinayət, Miqrasiya məcəllələrinə, “Siyasi partiyalar haqqında”, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)" haqqında, “Xidməti və mülki silah haqqında” və “Müdafiə haqqında” qanunlara nəzərdə tutulan əlavə və düzəlişlərdir.

Layihələrə sessiya ərzində baxılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR