Boliviyanın sabiq prezidenti G7 ölkələrinin qərarlarının icrasından narazılıq edib

Boliviyanın sabiq prezidenti G7 ölkələrinin qərarlarının icrasından narazılıq edib
  • Clock-gray 08:28
  • calendar-gray 09 İyun 2018

"Bu gün G7 ya da G 6-nın yarımçıq iclası gedir. Yarımçıq olduğunu dedim, çünki orda bəzi mübahisələr gedir. Dünya indi çox dəyişib". 

 

APA-nın xəbərinə görə, bunu Boliviyanın sabiq prezidenti Corce Quiroqa bu gün Bakıda  keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında deyib.

 

Onun sözlərinə  görə, ilk dövrlərində G7  çox mühüm idi və orda razılaşdırılmış qərarlar bütün Avropaya təsir edirdi: "Artıq bu gün həmin vəziyyət deyil. Bundan sonra istər G20, G6 , istərsə də G7 olsun,  Çinsiz heç bir mənası yoxdur və bu, dünyanın istiqamətini müəyyən etmir.

 

Latın Amerikası ölkələrinin  inkişafından söz açan C.Quiroqa  indi dünyanın enerji şəkilinin dəyişdiyini vurğulayıb.

Fərizə Əhmədova

Digər xəbərlər

Arxiv

date