Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş insan hüquqlarına dair konfrans keçirilib

Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş insan hüquqlarına dair konfrans keçirilib
# 03 may 2018 09:23 (UTC +04:00)

Bu gün Konstitusiya Məhkəməsi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutu və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar" mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə deyib ki, Heydər Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan hər bir vətəndaşına azad, sərbəst yaşamaq, hüquqlarını təmin etmək və rifahını yaxşılaşdırmaq imkanları verilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransın ənənəvi xarakter daşıdığını, hər il təşkil olunduğunu bildirib. F. Abdullayev Azərbaycanın bu gün öz inkişaf dövrünü yaşadığını diqqətə çatdırıb. Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışan Milli Məclisin vitse-spikeri Bahar Muradova Azərbaycanda stabil və inkişaf edən bir ölkə olduğunu qeyd edib. B. Muradova parlamentdə insan haqlarının qorunması istiqamətində daim qanunlar qəbul edildiyini, bu prosesində gələcəkdə də davam etdiriləcəyini söyləyib. Vitse-spiker Azərbaycanın insan hüquqlarının qorunması sahəsində nümunəvi ölkələrdən biri olduğunu vurğulayıb.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR