Millət vəkili: “Rəsulzadəyə lazımi qiymət vermirik”

Millət vəkili: “Rəsulzadəyə lazımi qiymət vermirik”
# 30 mart 2018 11:32 (UTC +04:00)

“ADR qurucusu Məhəmməd Əmin Rəsulzadəyə lazımi qiymət vermirik. Ancaq erməni daşnak Njdeyə heykəl qoyanda deyirik, ona niyə abidə ucaldıblar?”

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deputat Fazil Mustafa bildirib. O qeyd edib ki, Rəsulzadə ADR-in ideoloji lideri və qurucularından olsa da, ona münasibət fərqlidir.

“Onun adının əbədiləşdirilməsi istiqamətində iş aparılmır. Hətta onun Novxanıdakı ata ocağı uşaq bağçası kimi fəaliyyət göstərir. Niyə onu muzeyə çevirmirik? Öz əlimizdə olan işləri görmürük, lakin ermənilər Njdeyə abidə qoyanda qışqırırıq ki, niyə abidə qoyurlar. Belə yanaşma olmaz axı”, - deyə deputat əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR