Prezident seçkilərini izləmək üçün MSK-da 115 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Prezident seçkilərini izləmək üçün MSK-da 115 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib
# 17 mart 2018 14:29 (UTC +04:00)

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün indiyədək 115 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib.

APA-nın xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, akkreditasiyadan keçən müşahidəçilər 36 ölkəni təmsil edir.

M.Pənahov qeyd edib ki, MSK-da akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 615-dir: "Ölkə üzrə akkreditasiyadan keçən müşahidəçilərin sayı isə 42 mindən artıqdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR