Çexiyada keçirilən sənədli filmlər festivalında azərbaycanlılarla ermənilər arasında insident baş verib

Çexiyada keçirilən sənədli filmlər festivalında azərbaycanlılarla ermənilər arasında insident baş verib
# 16 mart 2007 10:39 (UTC +04:00)
Film Qarabağda döyüşmüş erməni reportyorun çəkdiyi kadrlar və müharibədən sonra orada döyüşən insanların aqibətlərindən bəhs edir. Yalan və iftira üzərində qurulmuş filmin avropalı seyrçidə maraq oyatması üçün ermənilər “əzabkeş” obrazında təqdim olunub. Film bu gün Çexiyanın ikinci böyük şəhəri olan Brnoda nümayiş etdirilib. Çexiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri və bu ölkədə təhsil alan tələbələr filmin nümayişində iştirak etmiş seyrçilərdə Qarabağ problemi haqda dəqiq və düzgün təəssürat yaratmaq ucun filmdən əvvəl və sonra broşür və informasiya bülletenləri paylayıblar. Qarabağ müharibəsi veteranı Fuad Alxasov, Brno Texniki Universitetinin tələbəsi Nəriman Topçubaşov, Karluv Universitetinin tələbəsi Vüsal Hacıyev filmin nümayişindən sonra seyrçiləri və zalda əyləşən erməniləri debata dəvət edib, onların suallarını cavablandırıblar. Qeyd edək ki, bu festivalın təşkilatçıları arasında Çexiya Mədəniyyət Nazirliyi də var. Tələbələr belə bir filmin insan haqları haqda çəkilən film festivalında nümayişinə razılıq verdiyinə görə nazirliyə rəsmi etirazını bildiriblər. Əlavə edək ki, festivala tanınmış CT2 telekanalı, “Lidovskie Noviny”, “Prgue Post”, “Radio Cesko” kimi milyonlarla seyrçisi və izləyicisi olan kütləvi informasiya vasitələri informasiya dəstəyi verib. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR