Nyu-York şəhərinin meri Azərbaycan-Amerika Cəmiyyətini Novruz bayramı münasibəti ilə təbrik edib

Nyu-York şəhərinin meri Azərbaycan-Amerika Cəmiyyətini Novruz bayramı münasibəti ilə təbrik edib
# 27 mart 2007 08:52 (UTC +04:00)
Nyu-York şəhərinin meri Maykl Blumberq bu gün Azərbaycan-Amerika Cəmiyyətini Novruz bayramı münasibəti ilə təbrik edib. Cəmiyyətin sədri Tomris Azərinin APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, şəhərin müsəlman icmaları üçün keçirilən şənlikdə çıxış edən Maykl Blumberq Azərbaycan-Amerika Cəmiyyətinə adı çəkilən tədbirin keçirilməsinə kömək etdiklərinə görə də xüsusi minnətdarlığını bildirib. Şəhər meriyasının toplantısına dəvət olunanlar sırasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev, Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov da olub. Qeyd edək ki, elə bu gün yerli “Vaşinqton Post” qəzeti yazıb ki, mer Blumberq 2008-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd kimi qatılmaq barədə düşünür. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR