Soydaşlarımız Belçika və Avropa parlamentlərinə müraciət edib

Soydaşlarımız Belçika və Avropa parlamentlərinə müraciət edib
  • Clock-gray 12:18
  • calendar-gray 10 Oktyabr 2020

Belçikada fəaliyyət göstərən Azərbaycan icması ölkə və Avropa Parlamentinin, media qurumlarının və dünya birliyinin diqqətini Ermənistanın işğalçı siyasətinin və hərbi təxribatlarının Azərbaycanda səbəb olduğu hadisələrə cəlb edib.

Diasporla İş ürzə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Rəşad İbrahimin Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Demirçinin Belçikanın 144 parlament üzvünə, 69 senatora, Avropa Parlamentinin bütün üzvlərinə, "Metrotime", "Demorgen", "Essentielle", "Saipm", "Nieuwsblad", "Mediahuis", "Redactie", "Gazetvanantwerpen", "Concentra" kimi media qurumlarına ünvanladıqları müraciətlərdə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalda saxlamasının 27 illik xronikasına nəzər salınıb, azərbaycanlıların fundamental insan hüquqlarının, o cümlədən yaşamaq hüququnun Ermənistan və Dağlıq Qarabağda qeyri-qanuni fəaliyyət göstərən quldur rejimi tərəfindən kobudcasına pozulduğuna, Azərbaycan ordusunun beynəlxalq hüquqa müvafiq olaraq xalqımızın özünümüdafiə və torpaqlarımızı erməni işğalından azad etmək hüququnu həyata keçirdiyinə diqqət cəlb olunub.

Soydaşlarımız belçikalı və avropalı parlamentariləri, eləcə də dünya birliyini Azərbaycanın işğalda olan torpaqlarını azad etməsi, Dağlıq Qarabağı və ona bitişik 7 rayonu dərhal və qeyd-şərtsiz tərk etməsi, beynəlxalq qanunlara uyğun davranması üçün Ermənistan hökumətinə təsir göstərməyə çağırıblar.

 

Əsmər Qabil

Digər xəbərlər