Mixail Qusman: “Rusiyadakı Azərbaycan diaspor təşkilatları birləşməlidir”

Mixail Qusman: “Rusiyadakı Azərbaycan diaspor təşkilatları birləşməlidir”
# 03 iyul 2019 17:09 (UTC +04:00)

“Əslən Azərbaycandan olan, lakin Rusiyada yaşayan hər bir azərbaycanlı “Azərbaycan mənim üçün nə edib?”, - deyə soruşmaq əvəzinə, “Mən Azərbaycan üçün nə etmişəm?” deməlidir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu TASS Dövlət İnformasiya Agentliyinin baş direktorunun müavini Mixail Qusman TASS” agentliyinin Azərbaycan əsilli jurnalist Səadət Kadırovanın müəllifi olduğu "kadyrovaonline" YouTube kanalında yayımlanan "Meçtı sbıvayutsya-Arzular gerçəkləşir" verilişində deyib.

M. Qusman bildirib ki, Rusiyada əslən Azərbaycandan olan görkəmli şəxslər yaşayır: “Onlar elm, mədəniyyət, biznes və digər sahələrdə təmsil olunurlar. Bu insanlar Rusiya cəmiyyətinin tərkib hissəsidir. Onlar Rusiyaya böyük fayda verirlər. Lakin bununla belə, onlar eşq olsun ki, öz doğma vətənləri ilə əlaqəni kəsmirlər. Con Kennedinin məşhur bir kəlamı var: “Soruşma ki, Amerika sənin üçün nə edib, özündən soruş ki, sən Amerika üçün nə etmisən. Əslən Azərbaycandan olan, lakin Rusiyada yaşayan hər bir azərbaycanlı “Azərbaycan mənim üçün nə edib?”, - deyə soruşmaq əvəzinə, “Mən Azərbaycan üçün nə etmişəm?” deməlidir”.

M. Qusman Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının birləşməsinin vacibliyini də vurğulayıb: “Təşkilatlar çox ola bilər. Burada söhbət monopoliyadan getmir. Əsas odur ki, həmin təşkilatlar insanlara xeyir gətirsin. Azərbaycan diaspor təşkilatlarında çox müdrik, ağıllı, peşəkar, öz sahəsində böyük nailiyyətlər əldə edən insanlar var. Gərək bu təşkilatlar birləşmə formasını tapıb insanlara fayda versinlər. Lakin elə insanlar var ki, rəis olmağı xoşlayırlar. Bu "nonsens"dir. Bu ambisiyaların oyunudur və ümumi işə zərər verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR