Moskvada “Cumhuriyyətin Azərbaycan adlandırılması və onun tarixi əhəmiyyəti” adlı müzakirə təşkil olunub - FOTO

Moskvada “Cumhuriyyətin Azərbaycan adlandırılması və onun tarixi əhəmiyyəti” adlı müzakirə təşkil olunub - FOTO
# 28 mart 2023 14:01 (UTC +04:00)

Moskvada “Cumhuriyyətin Azərbaycan adlandırılması və onun tarixi əhəmiyyəti” adlı müzakirə təşkil olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, M.İ Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən müzakirədə Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları, Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclər və diasporumuzun nümayəndələri iştirak ediblər.

Tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına adına Şərqşünaslıq İnstitunun əməkdaşı Solmaz Rüstəmova-Tohidi “Cumhuriyyətin Azərbaycan adlandırılması və onun tarixi əhəmiyyəti” adlı məruzə ilə çıxış edib. Tarixçi alim dövlətimizin “Azərbaycan” adlandırılmasına qədər keçdiyi iztirablı yoldan danışıb. Bildirib ki, dövlətimizin “Azərbaycan” adlandırılması çox normal görünsə də, “Azərbaycan” adının dövlətin adına verilənə qədər onun keçdiyi ağır bir yol var: “Bu ağır-iztirablı yolda Azərbaycan ziyalılarının səyi nəticəsində Azərbaycan dili, Azərbaycan milləti və Azərbaycan kimliyinin formalaşması prosesi sonda Azərbaycan dövlətinin yaranması ilə nəticələnib. Mənə çox xoşdur ki, xaricdə, yəni Rusiyada yaşayan Azərbaycanlı gənclər bilavasitə qanları ilə, canları ilə bağlı olduğu Azərbaycan xalqına, torpağına çox böyük diqqətlə, məhəbətlə və həssaslıqla bu məruzəni dinlədilər, suallar verdilər”, deyə Solmaz Rüstəmova-Tohidi vurğulayıb.

Müzakirədə iştirak edən görkəmli Azərbaycan ədibi, ictimai siyasi-xadim, publisist, “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi Ömər Faqi Nemanzadənin nəvəsi Fuad Pepinov “Cumhuriyyətin Azərbaycan adlandırılması və onun tarixi əhəmiyyəti” adlı müzakirəni önəmli hadisə adlandırıb:

“Biz Solmaz xanımın ölkəmizin tarixi haqqında möhtəşəm mühazirəsini dinlədik. Bu, çox önəmli hadisədir. Çünki gənclərimizin bu tarixi bilməsi çox vacibdir. Ona görə ki, yaşlı nəslin heç də hamısı tarix haqqında məlumata malik deyil. 100 il bundan qabaq bizim milli kimliyimizin formalaşdığı dövr idi. O zaman insanlar dərin durğunluq şəraitində milli kimliyimizi, milli özünüdərki formalaşdırıb, müstəqillik əldə etmişdilər. Bəli, 1920-ci ilin 28 aprel faciəsi baş verəndə bütün bunlar məhv edildi”.

F. Pepinov babası Ömər Faiq Nemanzadənin fəaliyyət dövrü haqqında danışıb. Bildirib ki, o, Cumhuriyyəti quranların fəal yoldaşı, həmfikri olub.

“Babam jurnalist kimi Azərbaycan xalqının milli özünüzdərkinin formalaşmasında iştirak edib. Əlbəttə ki, o, Azərbaycan parlamentinin işində iştirak edib. Tarix onu inkar etməsə də, o, faktiki olaraq unudulmuşdu. Lakin indi çox şadam ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə babam Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd olunub”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR