Nuran Abdullayev Almaniya Azərbaycanlıları Alyansının sədri seçilib

Nuran Abdullayev

© APA | Nuran Abdullayev

# 09 fevral 2022 12:05 (UTC +04:00)

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin yeni sədri məlum olub.

APA-nın məlumatına görə, AAA-nın Almaniyada keçirilən toplantısında Alyansın İdarə Heyətinin sədr vəzifəsinə Almaniyada yaşayan tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev layiq görülüb.

N. Abdullayev Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, Köln Universitetinin tibb elmləri doktorudur.

Qeyd edək ki, Azərbaycanı xaricdə layiqincə təmsil edən N.Abdullayev uzun illərdir Almaniyanın Köln Universiteti Klinikasında həkim kimi çalışır.

Aktiv diaspor fəaliyyəti ilə məşğul olan həmvətənimiz həmçinin tibb elmi sahəsində onlarla elmi tədqiqatın müəllifidir.

N.Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və ciddi elmi nəticələr təqdim edən ilk azərbaycanlı alim, Almaniyada insult xəstələrində beyin əməliyyatlarını icra edən ən gənc həkimlərdən biridir.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR