İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub
# 23 dekabr 2022 09:54 (UTC +04:00)

“Forbes” jurnalı bu il dünyanın ən çox qazanan idmançısının adını açıqlayıb.

Apasport.az xəbər verir ki, bu ada yaponiyalı tennisçi Naomi Osaka layiq görülüb.

O, gəlirləri ilə bütün həmkarlarını qabaqlayaraq, üçüncü dəfə ən çox qazanan idmançı olub. 25 yaşlı Osaka tarixin yaddaşına qovuşmaqda olan 2022-ci ildə 51,1 milyon dollar qazanıb.

O, bu qazancın hamısını isə idmançı kimi əldə etməyib. 2019-cu ildə Qadın Tennis Assosiasiyasının reytinqində birinci yeri tutan Osaka həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR