Bolqarıstanın Plovdiv şəhərində aerobika gimnastikası üzrə “Plovdiv Cup” adlı beynəlxalq turnir keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından APA-ya verilən məlumata görə, yarışda “Ocaq Sport” İdman Klubunun üzvləri Aydan Şirinli, Dilarə Qurbanova, Nəzifə Tağıyeva, Melisa Kaysı və Evelina Əlimuradova 9-11 yaşlı gimnastlar arasında mübarizə aparıblar.
Qrup proqramı üzrə çıxışları gimnastlara bürünc medal qazandırıb.