BMT məruzəçisi Asma Cahangir: “Azərbaycan dini dözüm və harmoniyanın yüksək səviyyəsinə nail olmuş dövlətdir”

BMT məruzəçisi Asma Cahangir: “Azərbaycan dini dözüm və harmoniyanın yüksək səviyyəsinə nail olmuş dövlətdir”
# 28 mart 2007 09:42 (UTC +04:00)
APA-nın məlumatına görə, BMT-nin din və fikir azadlığı üzrə məruzəçisi Asma Cahangirin hazırladığı hesabat Azərbaycanda dini tolerantlığın səviyyəsinə, bu sahədə mövcud olan problemlərə həsr olunub. Hesabatda Azərbaycan dini dözüm və harmoniyanın yüksək səviyyəsinə nail olmuş dövlət kimi xarakterizə edilib. “Lakin bəzi kütləvi informasiya vasitələrinin fəaliyyəti bu dəyərlərə xələl gətirir, onlar istənilən təhrikçilik forması və dini ədavətin beynəlxalq səviyyədə qadağan olunduğunu unudurlar”. Ötən il Azərbaycanda səfərdə olan məruzənin müəllifi Asma Cahangir hazırladığı sənəddə qeyd edib ki, Azərbaycanda din və fikir azadlığına ümumən hörmətlə yanaşılsa da, ölkənin heç də bütün regionlarında bu prinsiplərə əməl olunmur: “Hakimiyyətin dini azadlığın təmin olunmasına yardım etmək və bu prosesə nəzarət olunması prinsipləri arasında dəqiq xətt mövcud deyil, bu isə dini icmaların dini azadlıq hüququnda məhdudiyyətlər yaradır. Söhbət qeydiyyatla bağlı çətinliklər, ölkəyə dini ədəbiyyatın gətirilməsinə qoyulan məhdudiyyətlər, ruhanilərin təyin olunması metodları, qeydiyyatı olmayan dini icmaların fəaliyyətinə yaradılan maneələrdən gedir”. Asma Cahangir hesab edir ki, bu problemlərin həlli üçün Azərbaycanda effektiv, müstəqil və qərəzsiz inzibati və məhkəmə mexanizmləri yaradılmalıdır: “Keçid dövri ilə əlaqədar Azərbaycanın üzləşdiyi çətinlikləri bilir, hökuməti və ictimaiyyəti demokratik cəmiyyətin qurulması üçün institutları möhkəmləndirməyə dəvət edirik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR