Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Məşvərət Şurası yaradılıb
16 aprel 2007 16:31 (UTC +04:00)
Dövlət komitəsindən APA-ya daxil olan məlumata görə, MŞ din sahəsində dövlət siyasətinin, habelə dini etiqad azadlığının həyata keçirilməsində mövcud olan məsələləri vaxtaşırı təhlil edərək, onların həlli ilə bağlı müvafiq tövsiyələrin hazırlanmasını təmin etmək məqsədi ilə fəaliyyət göstərəcək. MŞ tərkibinə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, Rus-Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı yepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Semyon İxiilov, QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinatoru Yan Çapla daxil edilib. Bu gün həmçinin Şuranın ilk iclası keçirilib. İclasda qurumun Əsasnaməsi qəbul edilib. Əsasnaməyə görə, Şuranın fəaliyyətinə DQİDK-nin sədri rəhbərlik edəcək və qurumun iclasları 3 ayda bir dəfə keçiriləcək. İclasda Şuranın 2007-ci il üçün iş planı təsdiq olunub və cari məsələlər müzakirə edilib. /APA/
Din
Yeni Kaledoniya nümayəndə heyəti Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib - FOTO
13:50
17 aprel 2024
QMİ: 500-ə yaxın vətəndaş Həcc ziyarəti ilə bağlı işbazların qurbanı olub
14:08
16 aprel 2024
Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb, səbəbləri açıqlanıb
14:00
16 aprel 2024
Həcc ziyarəti üçün kvota bəlli olub
13:25
16 aprel 2024