Həcc ziyarətinə təyyarə ilə gedəcək zəvvarların rahatlığının təmin edilməsi üçün Səudiyyə Ərəbistanı ilə müqavilə bağlanıb

Həcc ziyarətinə təyyarə ilə gedəcək zəvvarların rahatlığının təmin edilməsi üçün Səudiyyə Ərəbistanı ilə müqavilə bağlanıb
# 24 aprel 2007 13:56 (UTC +04:00)
“Bu il Azərbaycandan Həcc ziyarətinə təyyarə ilə gedəcək zəvvarların rahatlığının təmin edilməsi üçün Səudiyyə Ərəbistanı Krallığı ilə müqavilə bağlanıb”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə məlumat verib. Onun sözlərinə görə, bu il ilk dəfə Həccə təyyarə ilə gedəcək azərbaycanlı zəvvarlar birbaşa Bakı-Mədinə reysi ilə uçacaqlar. O, artıq indidən 5 illik müqavilə ilə zəvvarların qalacağı yerləri də kirayələdiklərini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR