Azərbaycanda fəaliyyət göstərən dini mağazaların sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən dini mağazaların sayı açıqlanıb
# 23 sentyabr 2019 12:00 (UTC +04:00)

“Azərbaycanda faktiki olaraq fəaliyyət göstərən dini mağazaların sayı 100-dən çoxdur”.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, yalnız yayım və satış üçün nəzərdə tutulan dini ədəbiyyatlara nəzarət markası tətbiq edilir: “Nəzarət markası tətbiq edilən dini ədəbiyyatların satışı isə yalnız ixtisaslaşmış satış məntəqələrində həyata keçirilir”.

N. Məmmədov qeyd edib ki, Azərbaycanda 42 ixtisaslaşmış satış məntəqəsi fəaliyyət göstərir: "Bu gün Azərbaycanda faktiki olaraq fəaliyyət göstərən dini mağazaların sayı isə 100-dən çoxdur və bu da müəyyən problemlərin yaranmasına gətirib çıxaran amillərdən biridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR