Komitə sədri: "Nardaranda və daha bir neçə yerdə dini kolleclərin açılmasına hazırlıq gedir" - EKSKLÜZİV

Komitə sədri: "Nardaranda və daha bir neçə yerdə dini kolleclərin açılmasına hazırlıq gedir" - EKSKLÜZİV
# 08 iyul 2019 16:13 (UTC +04:00)

“Azərbaycanda dini kolleclərin açılmasına dövlət səviyyəsində razılıq verilib. Həmin kolleclərin maddi-texniki bazası və digər məsələlərlə bağlı işlər gedir”.

Bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi bir neçə bölgədə dini kolleclərin açılması ilə bağlı hazırlıq işləri həyata keçirir: “Nardaranda bir, Lənkəranda, Gəncədə, Quba-Xaçmaz bölgəsində dini kolleclərin açılması istiqamətində hazırlıq işləri görülür. Bu proses yekunlaşdıqdan sonra bu bölgələrdə kolleclərin açılması nəzərdə tutulub. Həmin kolleclər bir növ İlahiyyat İnstitutunun alt qurumu rolunu oynayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR