Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək
  • Clock-gray 22:26
  • calendar-gray 08 İyul 2018

İyulun 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useyminin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığına yola düşəcək.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd İslam Əməkdaşlığı Təşkilatı tərəfindən təşkil olunmuş və Əfqanistanda sülh və istiqrar mövzusuna həsr olunmuş beynəlxalq müsəlman üləma konfransında iştirak etməkdir. Konfrans 10-11 iyul tarixlərində Səudiyyə Ərəbistanının Ciddə və Məkkə şəhərlərində keçiriləcək.

 

Müxtəlif müsəlman ölkələrindən ən nüfuzlu İslam alimlərinin yer aldığı konfransın gündəmində bir sıra önəmli məsələlər, o cümlədən, Əfqanistanda sülh və istiqrarın bərqərar edilməsi, habelə terrorizmə və zorakılıq ekstremizmə qarşı birgə mövqeyin nümayiş etdirilməsi durur.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date