YAP rayon təşkilatları arasında mərhum prezident Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunan mini-futbol turnirinə start verilib

YAP rayon təşkilatları arasında mərhum prezident Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunan mini-futbol turnirinə start verilib
# 23 aprel 2007 17:04 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatları arasında mərhum prezident Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunan mini-futbol turnirinə start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, turnirin açılış mərasimində YAP sədrinin müavini, millət vəkili Əli Əhmədov çıxış edərək, YAP-ın qurucusu Heydər Əliyevin gənclərlə bağlı siyasətindən danışıb. O, bildirib ki, bu siyasətdə əsas məqsəd ölkə gənclərinin fiziki və mənəvi cəhətdən sağlamlığı olub: “Bu yarışın keçirilməsi YAP sıralarındakı gənclərin ümummilli liderə hörmət və ehtiramının əyani nümayişidir. Heydər Əliyevin güvəndiyi gənclik həmişə onun etimadını doğruldub və beynəlxalq aləmdə Azərbaycanın şərəfini layiqincə qoruyub”.
Daha sonra “İnter” klubunun prezidenti Georgi Nikolov öz nitqində gənclərin fiziki tərbiyəsində bu cür yarışların əhəmiyyət kəsb etdiyini vurğulayıb. YAP sıralarında istedadlı futbolçuların olduğunu nəzərə çatdıran G.Nikolov mini-futbol turnirinin keçirilməsində Heydər Əliyev şəxsiyyətinə ehtiramın əsas təşkil etdiyini söyləyib.
Turnirin oyunları “Şəfa” stadionunun süni örtüklü meydançasında keçirilir. Qalib adı uğrunda YAP-ın Sabunçu, Nəsimi, Yasamal, Əzizbəyov, Suraxanı, Qaradağ, Xətai, Nərimanov, Səbayel və Binəqədi, Abşeron və Sumqayıt şəhər təşkilatlarının komandaları mübarizə aparırlar. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR