Avropa çempionatının vaxtı dəyişdirilib

Avropa çempionatının vaxtı dəyişdirilib
# 17 mart 2020 09:35 (UTC +04:00)

Boks üzrə gənclər arasında Avropa çempionatı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, Avropa Boks İttifaqı koronavirus pandemiyası səbəbindən aprelin 22-dən mayın 3-dək keçirilməli olan yarışın vaxtını dəyişib.

Yerli Təşkilat Komitəsi və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın mayın 15-27-də təşkil olunmasına qərar verib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etmir.

Qeyd edək ki, Avropa çempionatı Monteneqronun Budva şəhərində keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR