Komaya düşən amerikalı boksçu vəfat edib

Komaya düşən amerikalı boksçu vəfat edib
# 17 oktyabr 2019 10:18 (UTC +04:00)

Amerikalı peşəkar boksçu Patrik Dey vəfat edib.

APA-nın məlumatına görə, boksçu 27 yaşında dünyasını dəyişib.

Oktyabrın 12-dən 13-nə keçən gecə ABŞ-ın Çikaqo şəhərində keçirilən döyüş zamanı nokauta düşən boksçu 4 gün komada qalıb.

Birinci orta çəkidə çıxış edən P.Dey USBA versiyası üzrə regional titul uğrunda qarşılaşmada Çarlz Konvellə üz-üzə gəlib. 10-cu raundda nokauta düşən boksçu huşsuz vəziyyətdə xərəklə rinqdən çıxarılıb. Xəstəxanaya çatdırılan idmançı dərhal beynindən əməliyyat olunsa da, sonradan vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR