Azərbaycanın daha bir taekvondoçusu İordaniyada qızıl medal qazanıb

Azərbaycanın daha bir taekvondoçusu İordaniyada qızıl medal qazanıb
  • Clock-gray 11:58
  • calendar-gray 27 İyul 2019

Azərbaycan milli komandasının daha bir taekvondoçusu İordaniyada paytaxtı Ammanda təşkil edilən G1 kateqoriyalı “El-Hassan Cup” beynəlxalq turnirində mükafat qazanıb.

APA-nın məlumatına görə, Milad Beigi Harçeqani Asiya ölkəsində uğurla çıxış edib. 80 kq çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionu bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qızıl medallar böyüklərdən ibarət millimizin Ammanda qazandığı mükafatların sayı 2-yə çatıb. Komandamızın hesabına ilk medalı isə 68 kq çəki dərəcəsində çempion adına yiyələnən Cavad Ağayev yazdırıb. Qeyd edək ki, turnirin iyulun 28-də yekun vurulacaq.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date