Azərbaycanlı dünya çempionları Rumıniyada güləşəcək

Azərbaycanlı dünya çempionları Rumıniyada güləşəcək
# 01 avqust 2019 10:36 (UTC +04:00)

Avqustun 2-dən 4-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Yon Kornianu və Ladislav Simonun adına həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

APA-nın məlumatına görə, Azərbaycanı bu yarışda 3 yunan-Roma güləşçi təmsil edəcək.

Məşqçi Emin Əhmədovun rəhbərliyi altında ənənəvi turnirdə dünya çempionları Eldəniz Əzizli (60 kq) və Rəsul Çunayev (72 kq), eləcə də Beka Kandelaki (130 kq) mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR