Dünya çempionu Azərbaycan çempionatına qələbə ilə başlayıb

Dünya çempionu Azərbaycan çempionatına qələbə ilə başlayıb
# 23 noyabr 2019 01:22 (UTC +04:00)

Kişi boksçular arasında Azərbaycan çempionatına start verilib.

Apasport.az saytının məlumatına görə, 29 komandanın 109 idmançısının qatıldığı yarışın ilk günündə 18 döyüş baş tutub.

63 və 69 kq çəki dərəcələrində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib. Yığma üzvü Cavid Çələbiyev ilk döyüşündə asan qələbə qazanıb. Dünya çempionu rəqibini 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, ölkə çempionatına noyabrın 27-də yekun vurulacaq. Çempionatda ikinci günün döyüşləri saat 14:00-da başlayacaq.

Azərbaycan çempionatı
I günün nəticələri
63 kq

Malik Həsənov (DİN İC) - Əfsəddin Əlizadə ("Kür" İK) - ikinci diskvalifikasiya olunub
Məhəmməd İsmayılov ("Gömrükçu" İK) - Samir Əsədli (AZTU) - 0:5
Kamran Baxşəliyev (Masallı) - Şamil Həbibov (DİN İC) - 3:2
Sərxan Qurbanzadə (Z-1) - Nəbi İsgəndərov ("Sədərək" İK) - 1:4
Elvin Mustafayev ("Kür" İK) - İmran Abdullayev (Quba) - birinci tam üstünlüklə qələbə qazanıb
Elşən Əliyev ("Gömrükçü" İK) - Cəlil Əsgərov (GRBG) - birinci tam üstünlüklə qələbə qazanıb
Emil Məmmədov ("Qızıl Əlcək" İK) - Kamran Orucov (Z-1) - ikinci tam üstünlüklə qələbə qazanıb
Qabil Qasımov ("Naxçıvan" İK) - Fərid Şirəli (Astara) - ikinci döyüşə gəlməyib
Aleksey Puxov ("Neftçi" İK) - Nicat Məhərrəmov ("Qızıl əlcək" İK) - 5:0
Elməddin Şirəli (Şəmkir) - Osman Əliyev (ROİL) - ikinci tam üstünlüklə qələbə qazanıb
Fizuli Bayramov ("Gömrükçü" İK) - Əli Məmmədzadə ("Qəbələ" İK) - birinci diskvalifikasiya olunub
Rəsul Əsgərov ("Qızıl əlcək" İK) - Cavid Çələbiyev ("Qəbələ" İK) - 0:5

69 kq
Cəbrayıl Camallı (Şirvan) - Orxan Xasməmmədov (DİN İK) - ikinci tam üstünlüklə qələbə qazanıb
Anar Hüseynov ("Səbail" İK) - Xalid Yaqubzadə ("Neftçi" İK) - ikinci tam üstünlüklə qələbə qazanıb
Ruslan Rəhmanov (Lənkəran) - Murad Əsədov (Lənkəran) - birinci tam üstünlüklə qələbə qazanıb
Elməddin İsmayılov (MOİK) - Cavid Quliyev ("Neftçi" İK) - 4:1
Nəriman Məmmədzadə (Astara) - Niyaməddin Allahverdiyev ("Qəbələ" İK) - birinci döyüşə gəlməyib
Xanbala Qurbanov ("Kür" İK) - Pərvin Heydərov ("Qızıl əlcək" İK) - birinci döyüşə gəlməyib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR