Əhməd bəy Ağaoglunun nəticəsi: "Babamın Bakıda muzeyini yaratmağı düşünürük"

Əhməd bəy Ağaoglunun nəticəsi: "Babamın Bakıda muzeyini yaratmağı düşünürük"
# 02 oktyabr 2019 19:14 (UTC +04:00)

Oktyabrın 2-də M. Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli mütəfəkkiri, ictimai və dövlət xadimi Əhməd bəy Ağaoğlunun anadan olmasının 150-ci ildönümü münasibətilə yubiley mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, digər dövlət rəsmiləri, tarixçi və alimlərlə yanaşı xarici ölkələrdən gəlmiş tarixçi-alimlər iştirak edib. Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəvəsi və nəticələri də tədbirdə olublar.

Tədbirdə iştirak edən Əhməd bəy Ağaoğlunun adını daşıyan nəticəsi jurnalistlərə açıqlamasında bildirib ki, Bakıda olmağından, bu tədbirdə iştirak etməsindən qürur duyur. O qeyd edib ki, onda Ə.Ağaoğluna dair arxiv var:

"Mənim əlimdə çox önəmli arxiv var. Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi bizdə yeni fikir yaratdı. Ə.Ağaoglunun Bakıda muzeyini yaratmağı düşünürük. Muzey yarandıqdan sonra arxivi Bakıya gətirib muzeyə bağışlayacam".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR