Niderlandlı yazıçı Qarabağın tarixi ilə bağlı kitabını tamamlamaq üzrədir

Niderlandlı yazıçı Qarabağın tarixi ilə bağlı kitabını tamamlamaq üzrədir
# 25 may 2023 15:49 (UTC +04:00)

Niderlandlı yazıçı-publisist Henri Van Rens Qarabağ tarixi ilə bağlı yazdığı kitabını tamamlamaq üzrədir.

Bu barədə Ağdamda keçirilən II Beynəlxalq mina fəaliyyəti konfransında iştirak edən yazıçı APA-ya açıqlamasında bildirib.

O, kitabını I və II Qarabağ müharibəsinin qurbanlarına ərmağan etdiyini deyib: “Artıq üçüncü dəfə burada olmağıma görə şadam. Bu, mənim üçün önəmlidir. Qarabağla bağlı kitabımı tamamlayıram. Niyə Qarabağla bağlı kitab hazırlayıram, çünki biz Niderlandda Azərbaycanla, Qarabağla bağlı heç nə bilmirik. Bu, 400 min il əvvəldən bu günədək olan dövrü əhatə edəcək tarix kitabıdır. Bu dövrdə olan hər şeyi kitaba daxil etməyə çalışmışam. Ehtimal ki, təxminən 420 səhifəlik böyük bir kitab olacaq. Bu, I və II Qarabağ müharibəsinin qurbanları üçün, həmçinin onların valideynləri və övladları üçün bir hədiyyədir”.

Henri Van Rens Niderlandın Xocalı soyqırımını tanıyacağına ümid etdiyini əlavə edib: “Konfransın faydalı olduğunu düşünürəm, 51 ölkədən 200 nəfər iştirak edir. Bu məsələ ilə bağlı bütün dünyanın, eləcə də Niderlandın bilməsinə ehtiyac var. Ümid edirəm ki, bir gün Niderland hökuməti Xocalı soyqırımını tanıyacaq. Təəssüf ki, sadəcə Xocalıda yox, Qarabağdakı bir çox digər yerlərdə də ermənilərə görə problemlər olub”.

Səid Babazadə

Habil Aslanoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR